Modern.az

Tarixin ən məşhur Qələbə Paradları  - London, Berlin, Nyu-York, Moskva....

Tarixin ən məşhur Qələbə Paradları  - London, Berlin, Nyu-York, Moskva....

Dünya

9 Dekabr 2020, 11:47

Fransız sözü olan parad “hazır olmaq” mənasını verir. Hərbi və dəniz paradları önəmli tarixi günlərdə, dövlət bayramlarında şəxsi heyətin təntənəli keçidindən ibarətdir. Bu zaman hərbi texnika, aviasuya və hərbi dəniz qüvvələrindən də istifadə oluna bilər.

İlk dəfə qədim Misrdə keçirilən hərbi paradlar zamanla digər ölkə və kontinetlərdə də geniş yayılıb.

 

Qədim Romada triumf adı verilən parad zamanı uğurlu yürüşdən qayıdan sərkərdə öz qoşunları ilə Roma şəhəri boyu təntənəli keçid gerçəkləşdirirdi. Bu zaman onun ələ keçirdiyi qənimət, o cümlədən zəncirlənmiş əsirlər də xalqa nümayiş olunurdu.

XVII əsrdən başlayaraq hərbi parad keçirmək ənənəsi Avropa ölkələrində geniş vüsət alıb və müasir hərbi parad ənənələrini formalaşdırıb.

Dekbarın 10-da Bakının Azadlıq meydanında Azərbaycan Ordusunun Qələbə paradının keçirilməsi planlaşdırılır. Qarabağ zəfərinin qeyd olunacağı paradda Ordumuzun şəxsi heyəti və texnikası ilə yanaşı, qənimət kimi ələ keçirilmiş düşmən texnikası da nümayiş etdiriləcək.

 

Modern.az müxtəlif illərdə keçirilmiş məşhur Qələbə paradlarının siyahısını təqdim edir.

 

Hitler Almaniyasını məğlub edən müttəfiq qoşunları (ABŞ, Sovet İttifaqı, Fransa və Böyük Britaniya) İkinci Dünya Müharibəsində qələbəni 1945-ci il sentyabrın 7-də qeyd etmişdi. Almaniyanın paytaxtı Berlin şəhərində, Brandenburq qapıları qarşısında keçirilən hərbi parad marşal Georgi Jukovun təklifi ilə təşkil olunub.

 

Böyük Britaniyanın Almaniyadakı kontingentinin rəhbəri, general-mayor Brayan Robertson, Sovet ordusunun marşalı Georgi Jukov, ABŞ ordusunun generalı Corc Patton və Fransanın Almaniyadakı hərbi kontingentinin rəhbəri Mari-Pyer Keniq paradın fəxri qonaqları olub. Brandenburq qapıları önündən müttəfiq qüvvələrin 200-dən artıq zirehli texnikası və hərbi qulluqçuları təntənəli keçid ediblər.

 

Azərbaycan oxucusunun da barəsində məlumatlı olduğu ən məşhur parad 1945-ci il iyunun 24-də Moskvanın Qırmızı meydanına keçirilən Qələbə paradı sayılır. Sovet İttifaqının Almaniya üzərində qələbəsi münasibətilə baş tutan təntənəli paradda 35 min hərbi qulluqçu və almaniyalı əsirlər qatılmışdı. Marşal Georgi Jukovun qəbul etdiyi, marşal Konstantin Rokossovskinin başçılıq etdiyi Qələbə paradında Hitler Almaniyasının müxtəlif hərbi hissə və birləşmələrinə məxsus 200 döyüş bayrağı nümayiş etdirilib. Paradın kulminasiyası Almaniya ordusunun əsir zabitlərinin öz hərbi hissələrinin döyüş bayraqlarını Leninin mavzoleyi önündə yerə atması olub.

 

1945-ci ildən sonra Sovet İttifaqı dövründə Qələbə paradları yalnız 1965, 1985 və 1990-cı illərdə təşkil edilib.

 

Londonda ilk Qələbə paradı 1815-ci ildə keçirilmişdi. Həmin parad Napoleon Fransası üzərində qazanılan qələbə mübasibətilə keçirilmişdi. Parad iyunun 20-si Londonun Hayd Parkında keçirilmişdi. Paradda 15 min hərbi qulluqçu, o cümlədən kazaklar və digər müttəfiq qoşunların üzvləri iştirak etmişdidi. 

        

1919-cu ildə Londonda daha bir təntənəli hərbi parad baş tutmuşdu. İyulun 19-da keçirilən parad Antantanın Birinci Dünya Müharibəsində qələbəsinə həsr olunmuşdu.

Londonun Vestminister körpüsündə keçirilən Qələbə paradına ABŞ-ın Ordu generalı Con Perşinq, Böyük Britaniyanın gələcək baş naziri Uinston Çerçill, Britaniya ordusunun feldmarşalı Duqlas Heyq və s. yüksək rütbəli şəxslər qatılıb.

 

ABŞ hərbi paradların nadir keçirildiyi ölkələrdən biridir. 1946-cı il yanvarın 12-də Nyu-Yorkda İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə Qələbə paradı keçirilmişdi. Parad Vaşinqon skverindən Beşinci skverə qədər 5 kilometr məsafəni əhavə edib. Parada 82-ci hava-desant diviziyası başçılıq edib. Dövlət məmurları arasında Nyu-York qubernatoru Tomas Dyui, Nyu-York meri Uilyam Oduayen və s. iştirak edib.

 

ABŞ tarixində ikinci Qələbə paradı 1991-ci ildə Körfəz Müharibəsində qazanılmış zəfər münasibətilə keçirilib. Nyu-York və Vaşinqton şəhərlərində baş tutan paradda İraq ordusu ilə döyüşlərə qatılmış hərbi hissələr iştirak edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır