Modern.az

Moskva ilə Bakı arasında “pomidor böhranı” – danışıqlar gedir

Moskva ilə Bakı arasında “pomidor böhranı” – danışıqlar gedir

Dünya

9 Dekabr 2020, 11:57

Ötən gün Rusiyanın kənd təsərrüfatı sahəsinə nəzarət edən "Rosselxoznadzor" (Baytarlıq və Fitosanitar Nəzarət üçün Federal Xidmət) orqanının qərarı ciddi çaşqınlıq yaratdı.

Modern.az xəbər verir ki, dekabrın 10-dan Azərbaycandan Rusiyaya aparılan pomidor və almanın idxalı qadağan olunur. Buna səbəb həmin məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq güvəsinin aşkar olunması göstərilib.

 

Rusiyanın “Ria Novosti” agentliyi qərarın rəsmi Bakı üçün gözlənilməz olduğunu yazır. Hazırda Azərbaycan tərəfinin məsələnin texniki səhv olması ilə bağlı Moskva ilə danışıqlar apardığı, qadağanın ləğv olunacağına ümid bəslədiyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır