Modern.az

Timoşenkonun başı qaldadır

Timoşenkonun başı qaldadır

27 Yanvar 2010, 11:55

Ukraynada prezident seçkilərinin ikinci turu yaxınlaşdıqca ölkədə siyasi ehtiraslar səngimək bilmir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, prezidentliyə namizəd Yuliya Timoşenkoya qarşı hücumlar başlayıb. Ukrayna baş prokurorunun keçmiş müavini Nikolay Obixod ABŞ Baş Prokurorluğunun sensasiya doğuracaq ifşaedici materialları və Ukrayna məmurlarının qanunazidd əməlləri barədə açıqlamalar verib.   Məlumatlardan bəlli olur ki, Amerika ədliyyəsi son vaxtlar baş nazir Yuliya Timoşenko və onun komandasının fırıldaqlıqları barədə aparılan təhqiqat işlərində xeyli irəliləyiş əldə edib.  “Pyotr Lazarenkonun işi” adlandırılan bu araşdırmalara  görə, Amerikada Lazarenkonun əmlakı müsadirə olunub. İstintaq materiallarına görə, Lazarenkonun müxtəlif hesablarında olan 280 milyon dollar vəsaitinində müsadirə olunması gözlənilir. Bu vəsaitdən 162 milyon dollar baş nazir Yuliya Timoşenkonun nəzarətində olan qurumların hesabana keçib. ABŞ Prokurorluğu hesab edir ki, bu pullar Lazarenko tərəfindən Yuliya Timoşenkonun nəzarətində olan “Somolli”şirkətinin hesabından köçürülüb. Nikolay Obixod qeyd edib ki, ABŞ-ın baş prokuroru Erik Xolder bu pulların ABŞ xəzinəsinə köçürülməsi barədə məhkəməyə müraciət edib.

 

Lakin Ukrayna hökuməti bu vəsaitlərin ölkəyə qaytarılıması üçün hər hansı fəal iş görmür.

Bundan əlavə,  Amerika tərəfə də bu işdə hər hansı yardım göstərilmir. Bunun səbəbi isə aydındır: bütün işlərdə Yuliya Timoşenkonun nəzarətində olan qurumlardan Lazarenkonun hesabına pul köçürmələri durur.

N.Obixod hesab edir ki, Amerika tərəfi Lazarenkonun maliyyə fırıldaqlarını gözdən keçirməyə başlayıb, bu işdə mərkəzi fiqur isə Yuliya Timoşenkodur.  O, xatırladıb ki, Rusiya istintaq orqanları Timoşenko barədə qaldırılmış istintaq işlərini başa çatdıra biliblər. 2005-ci ildə baş nazir olan Timoşenko adının axtarışda olan şəxslərin siyahısından çıxarılmasına nail olmaq üçün   Rusiya baş prokuroru ilə görüşməyə məcbur olub. Timoşenko enerji layihələri üzrə Rusiyanın Müdafiə Nazirliyi məmurlarına rüşvət  verməsi ilə bağlı  başlanmış cinayət işinin bağlanması üçün yazılı razılıq verib. Bu isə o deməkdir ki,Timoşenko öz günahını etiraf  edib, lakin cinayət məsuliyyətindən azad olunub.

Qeyd edək ki, bir çox politoloqlara görə, Timoşenko barədə bu cür ittihamedici materialların yenidən gündəmə gətirilməsi 2-cu tur seçkilər ərəfəsində seçicilərin əhval-ruhiyyəsinə təsir edə bilər.    

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü