Modern.az

Əsgər valideynləri Paşinyana: “Övladlarımızı ölümə göndərib unutdunuz”

Əsgər valideynləri Paşinyana: “Övladlarımızı ölümə göndərib unutdunuz”

10 Dekabr 2020, 14:40

Ermənistanın Eçmiədzin şəhərində Qarabağ döyüşlərində itkin düşmüş 34 hərbçinin valideynləri etiraz aksiyası keçirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar övladlarının tapılması üçün rusiyalı sülhməramlıların komandanı Rüstəm Muradovla görüş tələb ediblər.

“Bizə axtarış işlərinin hələlik Hadrut istiqamətində aparıldığı deyilib. Zəngilanda hələlik axtarışlar aparılmır. Biz Müdafiə Nazirliyinə daha inanmırıq. Övladlarımızı ölümə göndərib sonra da unudublar” - deyə əsgər yaxınları açıqlama verib.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır