Modern.az

Zəfər paradı erməniləri TƏŞVİŞƏ SALDI

Zəfər paradı erməniləri TƏŞVİŞƏ SALDI

10 Dekabr 2020, 15:22

Bu gün Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı Ermənistan cəmiyyətində ciddi narahatlıq və qorxu doğurub.

Modern.az xəbər verir ki, düşmən ölkənin rəsmləri susqunluqlarını saxlasa da, KİV və sosial media paraddan görüntülər paylaşıb.

 

Sosial şəbəkələrin erməni seqmentində rüsvayçı məğlubiyyətə görə, Paşinyan tənqid olunub.

“Türkiyə prezidenti Ərdoğan Ənvər Paşanın ruhunun şad olduğunu, Azərbaycan prezident İlham Əliyev isə İrəvan, Göyçə və Zəngəzuru tarixi Azərbaycan torpaqları adlandırır. Ermənistanda isə bu zaman balaca, keçəl, çəlimsiz, hər şeyi uduzmuş, it kimi qorxan şəxs hakimiyyətini əldə saxlamaq üçün hər cür vasitəyə əl atır. Özünü minlərlə silahlı şəxslə əhatə edib”-deyə Ermənistanın ən məşhur xəbər qruplarından “Armenia Vendetta” yazıb.

 

Ermənistanlı istifadəçilər Paşinyanın hakimiyyətdən getməyəcəyi təqdirdə Ermənistanın bir dövlət kimi varlığının sual altında olacağını qeyd ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!