Modern.az

Bəzi deputatlar Zəfər paradına buraxılmayıb - ÖZƏL

Bəzi deputatlar Zəfər paradına buraxılmayıb - ÖZƏL

10 Dekabr 2020, 17:14

Bu gün Milli Məclisin deputatları yenidən koronavirus testindən keçirilib. Ümumiyyətlə, hər plenar iclas öncəsi deputatların COVID-19 virusuna yoluxub-yoluxmamasını dəqiqləşdirmək artıq prosedur olub.


Modern
.az-ın əldə etdiyi məlumata görə, bu gün keçirilən Zəfər paradına heç də deputatların hamısı qatıla bilməyib. Əsasən paradda komitə sədrləri və müavinləri iştirak edib.


Parada qatıla bilməyən komitə sədrləri arasında Siyavuş Novruzov da olub.


Zəfər paradında iştirak üçün Siyavuş Novruzova dəvət göndərilsə də, koronavirus testinin pozitiv çıxması onun tədbirə qatıla bilməməsi ilə nəticələnib. Ancaq bu virus səbəbiylə parada qatıla bilməyən deputat tək Siyavuş Novruzov deyil. Xeyli sayda deputat virusa yoluxduğundan Zəfər paradını, tarixi hadisəni canlı izləyə bilməyib.

 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Milli Məclisin deputatları olan Rəşad Mahmudov, Tahir Mirkişili, Məşhur Məmmədov, Qənirə Paşayeva, Etibar Əliyev, Məzahir Əfəndiyev, Soltan Məmmədov da koronavirusa yoluxub. Məhz bu deputatlarda COVID-19 aşkarlandığı üçün bu gün keçirilən parada qatılmayıblar.


Qeyd edək ki, sabah, dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir