Modern.az

Gürcüstan hökuməti istefa verdi

Gürcüstan hökuməti istefa verdi

Dünya

11 Dekabr 2020, 15:02

Gürcüstan hökuməti istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə baş nazirin mətbaut xidmətindən açıqlama verilib.

“Hökumət istefa verir. Bu andan etibarən baş nazir və hökumət üzvləri öz vəzifələrini müvəqqəti icra edənlər sayılırlar”.

 

Gürcüstan Konstitusiyasına görə, parlament yaxın 2 həftə ərzində yeni hökumətin tərkibini tədiqləməsə, yenidən növbədənkənar parlament seçkiləri keçiriləcək.

 

 

Məlumata görə, parlament seçkilərində qələbə qazanmış “Gürcü Arzusu” partiyası başı nazir postuna yenidən Georgi Qaxariyanın namizədliyini irəli sürməyi planlaşdırır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır