Modern.az

Ermənistanın müdafiə naziri rüşvət alır

Ermənistanın müdafiə naziri rüşvət alır

27 Yanvar 2010, 12:54

Ermənistanın müdafiə naziri Seyran Ohanyan rüşvət almaqda ittiham olunur.  Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, “Aykakan jamanax” qəzeti Ohanyanın İrəvanın mərkəzində bütöv bir binanı satın alması, onun aylıq maaşının bir neçə milyon dolları aşmasına dair məlumat yayıb. Bu məlumatlarla əlaqədar bu gün Müdafiə Nazirliyi təkzib verib. “Yayılmış məlumatla əlaqədar Müdafiə Nazirliyi bəyan edir ki, bu xəbər yalandır və həqiqətəuyğun deyil. Seyran Ohanyanın fəaliyyəti həmişə şəffaf və cəmiyyət üçün açıq olub”,-deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir.

Müdafiə nazirliyi hesab edir ki, bu xəbərin müəllifləri  müdafiə nazirinin şəxsən  nəzarətə götürdüyü tender prosesində maraqları pozulmuş təşkilatlar və şəxslər arasındadır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi