Modern.az

Türkiyədə prezident ilk dəfə ümumxalq səsverməsilə seçiləcək

Türkiyədə prezident ilk dəfə ümumxalq səsverməsilə seçiləcək

26 İyul 2012, 16:46


Türkiyədə prezident idarəçilik sistemində ciddi dəyişikliklər ediləcək. Belə ki, 2014-cü ildə prezident ilk dəfə parlament tərəfindən deyil, ümumxalq səsverməsilə seçiləcək.  
Modern.az-ın
"Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, bu haqda məlumat verən baş nazirin müavini Bəkir Bozdağ Türkiyənin 2 ildən sonra yeni prezidentlik üsul-idarəsi sisteminə keçəcəyini bildirib.

B.Bozdağ  prezidentin 2014-cü ildə ilk dəfə birbaşa xalq tərəfindən seçiləcəyini söyləyərək, Türkiyənin idarəçilik sistemində müəyyən dəyişikliklərin ediləcəyini vurğulayıb. “Bütün ölkələr özlərini ən yaxşı sistemlə, ən doğru sistemlə idarə etməyə başladıqları kimi, biz də Türkiyədə bu istiqamətdə müəyyən dəyişikliklər etməyə hazırlaşırıq. Öncə qeyd edim ki, Türkiyədə ilk dəfə prezident xalq tərəfindən seçiləcək. Biz artıq bu sistemə keçməyə hazırlaşırıq. 2014-cü ildə prezidentimizin ümumxalq səsverməsi yolu ilə seçilməsinə nail olcağıq”, - deyə baş nazir müavini vurğulayıb.

Qeyd edək ki, parlament idarəetmə sistemi olan Türkiyədə prezident parlament tərəfindən seçilir. Dəyişikliklərə əsasən, 2014-cü ildən sonra prezident yalnız xalq tərəfindən seçiləcək.

Anar RÜSTƏMOV
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?