Modern.az

Paşinyandan ermənilərə "əzələ nümayişi":  İrəvan küçələrində helikopter... - FOTO

Paşinyandan ermənilərə

Dünya

13 Dekabr 2020, 09:02

Bu gecə Ermənistan paytaxtında gərginlik pik həddə çatıb.

 

Modern.az Ermənistan mediasına istiadla xəbər verir ki, İrəvan küçələrində helikopter və tanklar gözə dəyib. Əhali nəyin baş verdiyini anlamasa da baş nazir Nikol Paşinyanın rəqibləri bunu xalqa qarşı "əzələ nümayişi" kimi qiymətləndirib.

 

"Vətəndaş şüuru" ictimai təşkilatının sədri Vahan Qriqoryan isə bildirib ki, bu addım dəlilikdir:

 

"Bu heç də yaxşı addım deyil. Dəli və ağlını itirmiş baş nazir helikopter və tankları küçələrə töküb".

 

 Qeyd edək ki, fotolardan görünən Mİ-24 döyüş təyyarəsidir. Onun etiraz aksiyalarının keçirildiyi prospektə hansı məqsədlə gətirildiyi hələlik məlum deyil.

 

Tural Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar