Modern.az

Erməni prezident Hadrutla bağlı parlamentin təcili toplanmasını istədi

Erməni prezident Hadrutla bağlı parlamentin təcili toplanmasını istədi

Dünya

13 Dekabr 2020, 13:14

Ermənistan prezidenti Armen Sarkisyan Hadrutdakı vəziyyət ətrafında bəyanatla çıxış edərək ölkə parlamentini təcili iclas keçirməyə çağırıb.

 

Modern.az-ın məlumatına görə, Ermənistan prezidenti təsdiq edib ki, Azərbaycan Ordusu Köhnə Tağlar və Çaylaqqala kəndlərinin yaraqlılardan təmizləmə əməliyyatına başlayıb və kəndlərə nəzarəti bərpa edib.

 

Armen Sarkisyan əlavə edib ki, Ermənistan hökumətinin müvafiq qurumları vəziyyəti və erməni tərəfinin gördüyü işləri hələ lazımi şəkildə izah etməyiblər.

 

Bununla əlaqədar Ermənistan prezidenti Milli Məclisə müraciət edərək, Hadrut rayonunda yaranmış vəziyyətin səbəblərini və həll yollarını müzakirə etmək üçün təcili olaraq növbədənkənar iclas çağırmağı təklif edib.

Whatsapp
Bizə yazın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik