Modern.az

Bayraqla birgə göylərə yüksələnlər – Polkovnik-leytenant Anar Əliyev -  VİDEO

Bayraqla birgə göylərə yüksələnlər – Polkovnik-leytenant Anar Əliyev -  VİDEO

Reportaj

13 Dekabr 2020, 21:28

Şanlı zəfər tarixi yazanlar!

Vətəni yaşadanlar!

 

Azad olunan bögələrimizdə bayraqla birgə göylərə yüksələnlər - 2783 əbədiyaşar qəhrəman!

Bu günümüz üçün Sizə borcluyuq. Bu borc ödənilməz.

 

Bu dəfə borclu olduğumuz Vətən oğullarından biri, şəhid polkovnik-leytenant Anar Əliyevdən danışacağıq.

 

Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti idi. 23 il Vətənə xidmət edən polkovnik-leytenant Vətən müharibəsində xüsusi təyinatlı komandir kimi Cəbrayıl, Qubadlı və Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə ön cərgələrdə vuruşub. 

 

Zəngilanın azad edilməsi uğrunda isə xüsusi xidmətləri olub. Məhz buna görə Zəngilan şəhərinin azad edilməsi barədə rəsmi raportu Ali Baş Komandana məruzə edən Anar Əliyev olub.

Düşmənə qan udduran igidimiz hazırlıqlı kəşfiyyatçı idi. Vətən uğrunda xüsusi xidmətlərinə görə dəfələrlə medallarla təltif olunub.

 

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", II və III dərəcəli "Qüsursuz xidmətə görə" medallarını, "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" , "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" ,"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medallarını, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalını, "Vətən uğrunda" medalı”nı “Vətən Müharibəsi Qəhrəmanı” adı tamamladı.

 

Beş dil bilən Anar dünyanın bir sıra ölkələrində - İsveçrə, Sloveniya, İordaniya, Ruminiya, Macarıstan, Çexiya, Türkiyə və sonuncu dəfə Pakistanda təlimlərdə olub. 

 

Xüsusi kurslar keçdiyi ölkələrdə də Anar hər kəs tərəfindən sevilib, xüsusi rəğbət qazanıb.

Vətən oğlu öz canını elə Vətən uğrundada fəda edib. Bu gün dostları Anarın şəhadətinə baş sağlığı verirlər.

 

Modern.az əfsanəvi komandir Anar Əliyev haqqında videoreportajı təqdim edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür