Modern.az

“Bu bank kredirlərinin faizinin aşağı salınmasına imkan verəcək” - Tahir Mirkişili

“Bu bank kredirlərinin faizinin aşağı salınmasına imkan verəcək” - Tahir Mirkişili

15 Dekabr 2020, 11:56

Azərbaycan Mərkəzi Bankında hazırda yeni qanun layihəsi barədə aktiv iş gedir. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Tahir Mirkişili deyib.

 

Deputat bildirib ki, banklarda kredit faizləri yüksəkdir:

 

“Biz də istərdik ki, kredit faizləri birrəqəmli olsun. Bunun üçün banklarda olan sərbəst vəsaitlərin bazara sərbəst transferini təmin etmək lazımdır. Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir. Bu qanun layihəsi qəbul ediləndə bank kreditlərinə daha yaxşı çıxış imkanları yaradacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü