Modern.az

Erməni əsgər anaları Anna Akopyanı evlərindən QOVUR

Erməni əsgər anaları Anna Akopyanı evlərindən QOVUR

Dünya

15 Dekabr 2020, 14:25

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan son həftələri Qarabağda ölən erməni hərbçilərin valideynlərinin evlərinə gedir.


Modern.az
 Ermənistan KİV-nə istinadən xəbər verir ki, vitse-spiker Lena Nazaryanla birgə həyata keçirilən belə ziyarətlər zamanı o, əsgər valideynlərinə başsağlığı verməyə deyil, Paşinyanın səhv addımlarına haqq qazandırmağa, siyasi dividentlər qazanmağa çalışır.

 

“Bizdə olan məlumata görə, Anna Akopyan əsgər valideynləri ilə görüşlərdə ciddi problemlərlə üzləşib. Belə ki, övladını itirən yüzlərlə ailə Anna Akopyanla görüşdən imtina edir. Onların fikrincə, baş verənlərin əsas səbəbkarı Ermənistanın hazırkı siyasi rəhbərliyi, o cümlədən Anna Akopyandır”- deyə jurnalistlər yazır.

 

Ötən ay ərzində Anna Akopyanın azı 5 evdən əsgər valideynləri tərəfindən qovulduğu da xəbər verilir.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir