Modern.az

Müdafiə Nazirliyi ələ keçirildi, əsas magistrallar bağlandı – Ermənistanda

Müdafiə Nazirliyi ələ keçirildi, əsas magistrallar bağlandı – Ermənistanda

Dünya

16 Dekabr 2020, 12:06

Ermənistanda Qarabağ məğlubiyyətindən sonra siyasi gərginlik pik nöqtəsinə çatıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, övladları itkin düşmüş əsgər yaxınları Müdafiə Nazirliyinin darvazalarını sındıraraq əraziyə daxil olublar. Yüzlərlə insan nazirliyin binasına daxil olaraq, məsul şəxslərin onlara cavab verməsini tələb edib.

 

Daha bir etirazçı qrup isə Gümrü-Bavra yolunu bağlayıb. Bu magistral yol Ermənistanı Gürcüstanla birləşdirən əsas yol hesab olunur.

 

Etirazçılar baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır