Modern.az

Hansı model mobil telefonlar daha çox alınır? - Satış mərkəzlərindən cavablar

Hansı model mobil telefonlar daha çox alınır? - Satış mərkəzlərindən cavablar

İqtisadiyyat

28 İyul 2012, 14:20

Son bir neçə ildə texnologiyanın inkişafı özünü daha çox mobil telefonlarda göstərir. Belə ki, hər il yaradılan yeni model mobil telefonlar insanlarda bu avadanlığa olan təlabatı artırır. Bir çox insanlar bu “danışıq qutu”sunun bahalı və ucuz olmasının fərqinə varmırlar. Bəzilərinin dediyi “zəng gəlib, zəng getsin” ifadəsilə bir çoxları razılaşmır. Bu, xüsusilə telefon “xəstələri”nə aiddir ki, onlar daim ən yeni model mobil telefonlardan almaq istəyirlər.

Modern.az
-ın əməkdaşı bir sıra mobil telefonların satış mərkəzlərinə baş çəkərək, daha çox hansı mobil telefonların satıldığını öyrənib.

MobiTel telefon satışı mərkəzinin məsləhətçisi Nigar xanım onlarda daha çox “Nokia Lumia 900 Black” modelinin satıldığıını deyib. Xanım məsləhətçi bildirib ki, ümumiyyətlə onların mağazasında “Nokia” markalı telefonlar daha çox satılır.

“Biz “Nokia”nın rəsmi distribütoru olaraq daha çox o modelə üstünlük veririk. Alıcılar arasında yeni model telefonlara üstünlük verənlər xeyli üstünlük təşkil edir. Ən çox alınan tellefonların qiyməti əsasən 700-900 manat arasında dəyişir”.

World Telecom (WT) satış mərkəzinin məsləhətçisi Orxan son vaxtlar daha çox “BlackBerry Bold 9790” (429AZN), “İPhone 4S” (699AZN) və “BlackBerry 9900” (539 AZN) modellərinin satıldığını deyib. Onun sözlərinə görə, daha çox gənclər yeni mobil telefon həvəskarıdır. Ümumiyətlə, burada daha çox satılan telefonlar 400-700 AZN arasında dəyişir.

NLT Telecom satış mərkəzinin telefon satışı məsləhətçisi Xəyal alıcıların daha çox “Samsung N 7000 Galaxy” telefonuna üstünlük verdiklərini bildirib. Onun sözlərinə görə, “BlackBerry” modelinin alıcıları da çoxluq təşkil edir.

“İrşad Telecom” mobil telefon satışı mərkəzinin məsləhətçisi Nurlan son vaxtlar daha çox “Nokia Lumia 900 Black” modelinin satıldığını deyib. Onun sözlərinə görə, daha çox gənc nəslin nümayəndələri bu modelə üstünlük verir:

““Nokia Lumia 900 Black” modelinin satışı 599 manatdır. Bundan başqa “BlackBerry 9780” və “Samsung Galaxy S-2” kimi mobil telefonlara da üstünlük verilir”.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır