Modern.az

Azərbaycanda virusdan sağalanlar yoluxanları ötdü - 38 nəfər öldü

Azərbaycanda virusdan sağalanlar yoluxanları ötdü - 38 nəfər öldü

Hadisə

17 Dekabr 2020, 14:34

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 191 460 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir.

 

Ölkədə son sutka ərzində 17 426 hazırkı dövrədək isə 2 016 003 test aparılıb.

 

Azərbaycanda 4 124 nəfər COVID-19-a yoluxub, 4 205 nəfər sağalıb, 38 nəfər vəfat edib

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı