Modern.az

Putin opponentini TƏHQİR ETDİ: “Axi o kimə lazımdı?”

Putin opponentini TƏHQİR ETDİ: “Axi o kimə lazımdı?”

17 Dekabr 2020, 14:44

Rusiya prezidenti Vladimir Putin müxalifətçi Aleksey Navalnının qalmaqallı zəhərlənmə epizoduna toxunub.

Modern.az xəbər verir ki, mətbuat konfransı zamanı Putin baş verənləri ABŞ xüsusi xidmət orqanlarının oyunu adlandırıb.

 

“O kimə lazımdır ki, onu da zəhərləyək? Berlin klinikasının pasienti onsuz da Qərb xüsusi xidmət orqanlarının himayəsi altındadır. Onun zəhərlənməsi barədə məlumatlar ABŞ xüsusi xidmət orqanlarının planıdır. İstəsəydik, zəhərləyərdik və işini axıra kimi başa çatdırardıq. Bu fənddir - dövlət başçısının adını çəkmək, ona hücum çəkmək. Bu məşhur siyasi mübarizə fəndidir".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir