Modern.az

İspaniyada ölüm hüququ təsdiqləndi

İspaniyada ölüm hüququ təsdiqləndi

17 Dekabr 2020, 20:51

İspaniya konqresinin (parlamentinin aşağı palatası) deputatları evtanaziya haqqında qanun layihəsini təsdiqləyib.

 

Modern.az İspaniya KİV-lərinə istinadla xəbər verir ki, səsvermə nəticəsində 350 deputatdan 198-si qanun layihəsini dəstəkləyib. Bundan sonra layihə Senatda (parlamentinin yuxarı palatası) müzakirə olunacaq. Proqnozlara görə, qanun gələn ilin birinci yarısında qüvvəyə minə bilər.

 

İspaniya Sosialist Partiyası tərəfindən təqdim olunmuş qanun layihəsi sağalmaz xəstəliyə tutulan insanların evtanaziya hüququnu tənzimləmək məqsədilə hazırlanıb. Layihəyə əsasən, evtanaziya barədə yetkinlik yaşına çatmış İspaniya təbəələri, yaxud ölkədə yaşamaq hüququna malik şəxslər müraciət edə bilərlər. Bu qərarı yalnız xəstənin özü qəbul etməli, həm də arzusunu azı dörd dəfə təsdiqləməlidir.

 

Müraciət həkimlər, həmçinin xüsusi komissiya tərəfindən qanuna uyğun olaraq qiymətləndiriləcək. Bütün tələblərə lazımı surətdə əməl edildiyi təqdirdə xəstə müvafiq dərmanı özü qəbul edəcək, yaxud evtanaziya həkimin yardımı ilə həyata keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi