Modern.az

Ötən il istehsalatda 69 nəfər ölüb, 218 nəfər xəsarət alıb

Ötən il istehsalatda 69 nəfər ölüb, 218 nəfər xəsarət alıb

27 Yanvar 2010, 15:44

Modern.az xəbər verir ki. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü qurumun ötən ilki fəaliyyətinə dair mətbuat konfransı keçirib.

O, bildirib ki, 2009-cu il ərzində Dövlət Əmək Müfəttişliyi tərəfindən istehsalatla əlaqəli 250 hadisənin təhqiqatı aparılıb, Bu hadisələr nəticəsində 69 nəfər ölüb, 218 nəfər xəsarət alıb.

Ötən il tikinti sektorunda 65 hadisənin baş verdiyini deyən N.Şükürlü qeyd edib ki, bu hadisələr zamanı xəsarət alanların sayı 48 nəfər, ölənlərin sayı isə 32 nəfər olub. DƏM rəisi tikinti sektorunda baş vermiş bədbəxt hadisələrin əksəriyyətinin zərbə nəticəsində əzilmə (48%) və hündürlükdən yıxılma (16%) silə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, işəgötürənlər tərəfindən tikinti norma və qaydalarına riayət olunmaması, işçilərin fərdi mühafizə vasitələri (qoruyucu kəmər, dəbilqə) ilə təmin edilməməsi, tikilən binalarda potensial yıxılma təhlükəsi olan eyvanların, pilləkənlərin, lift şaxtalarının çəpərlənməməsi və tapşırılmış işin icrasına nəzarətin zəif olması bədbəxt hadisələrə yol açıb.

“009-cu ildə Dövlət Əmək Müfəttişliyi mülkiyyət və hüquqi təşkilati formasından asılı olmayaraq 2438 (959 dövlət və 1479 qeyri-dövlət olmaqla) müəssisə, idarə və təşkilatlarda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirib. N.Şükürlü deyib ki, vətəndaşlardan daxil olan 2905 ərizə və şikayət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilən 1061 müxtəlif xarakterli müraciət və sorğular araşdırılaraq cavablandırılıb. Onun sözlərinə görə, həyata keçirilən dövlət nəzarəti və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 9124 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Yol verilmiş hüquq pozuntularının təhlili göstərib ki, bütün pozuntuların 22%-ni əmək müqavilələrinin bağlanmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 13.3% - əmək haqqının hesablanması və ödənilməsindəki nöqsanlar, 12.3 % - texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi, 9.3 % - əməyin mühafizəsinin tibbi-sosial məsələləri, 6% – sosial müavinətlərin hesablanması və ödənilməsi məsələləri təşkil edib. İqtisadiyyatın sahələri üzrə bu pozuntulara daha çox sənayedə (2038), ticarət və ictimai iaşədə (1942), tikintidə (718), mənzil-kommunal xidmətdə (918), səhiyyə sahəsində (814), elm, təhsil və mədəniyyət müəssisələrində (745) rast gəlinib.

 

2009-cu il ərzində işlərin və xidmətlərin yerinə yetirilməsinə qeyri-qanuni cəlb olunmuş 7048 fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin olub ki, onlardan 6769 nəfəri ( və ya 96% ) özəl qurumların payına düşür.

DƏM-in araşdırması zamanı qanunvericiliyin tələbləri pozularaq işdən azad edilməsi müəyyən edilmiş 55 nəfərin öz əvvəlki işinə qaytarılmasına nail olunub. 2009-cu ildə törədilmiş inzbati xətaya görə 162 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 553870 manat məbləğində cərimə tətbiq olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir