Modern.az

Komitə sədri: 190 manat veriləcək şəxslərin siyahısına yenidən baxılsın! 

Komitə sədri: 190 manat veriləcək şəxslərin siyahısına yenidən baxılsın! 

18 Dekabr 2020, 11:20

“Hazırda dövlətin 46 klinikası koronavirusla mübarizə çərçivəsində səfərbər olunub. Həmçinin 15 mindən çox yataq yeri hazırda doludur”.

 

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

Komitə sədri bildirib ki, özəl tibb müəssisələri də koronavirusla mübarizəyə cəlb olunmalııdr:

 

“Test sahəsində monopoliyanı tam aradan qaldırmaq lazımdır. Hər bir sahibkara imkan vermək lazımdır ki, ölkəyə testlər gətirsin. Evdə müalicə üçün dərman vasitələrinin çeşidinin artrılması, qiymətlərin tənzimlənməs vacibdir”.

 

Musa Quliyev həmçinin qeyd edib ki, 190 manat veriləcək şəxslərin də siyahısına yenidən baxılmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı