Modern.az

Putin yenə Qarabağdan DANIŞDI: “İndi əsas məqsədimiz...”

Putin yenə Qarabağdan DANIŞDI: “İndi əsas məqsədimiz...”

18 Dekabr 2020, 14:24

Rusiya prezidenti Vladimir Putin Qarabağdakı son duruma toxunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, MDB dövlət başçılarının iclasında çıxış edən Putin münaqişənin həllində sülhməramlıların rolundan danışıb.

 

“Dağlıq Qarabağdakı münaqişəyə görə hamımız narahat idik. Hərbi əməliyyatlar insan itkisinə və regionda vəziyyətin gərginləşməsinə yol açdı. Rusiya sülhməramlıları yeni gərginliyin yaranmaması üçün əlindən gələni edir. İndi əsas məqsədimiz Qarabağda dinc həyatı qaydasına salmaqdır”- Putin deyib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir