Modern.az

İtaliya Qarabağda enerji infrastrukturu quracaq - Müqavilə İMZALANDI

İtaliya Qarabağda enerji infrastrukturu quracaq - Müqavilə İMZALANDI

İqtisadiyyat

18 Dekabr 2020, 16:40

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə dekabrın 18-də “Azərenerji” ASC ilə İtaliyanın "Ansaldo Energia" şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb.

Modern.az xəbər verir ki, bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət - İtaliya da qoşulub.

“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev, İtaliyanın "Ansaldo Energia" şirkətinin rəhbəri Marino Guiseppe və İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə videokonfrans formatında imzalanan müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır