Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 962 yeni yoluxma faktı qeydə alınıb, 4 188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 195 422 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 131 252 nəfər müalicə olunaraq sağalıb, 2 133 nəfər vəfat edib, aktiv xəstə sayı 62 037 nəfərdir.
Ölkədə son sutka ərzində 15 305 hazırkı dövrədək isə 2 031308 test aparılıb.