Modern.az

Ermənistan müxalifəti tətil elan etdi

Ermənistan müxalifəti tətil elan etdi

19 Dekabr 2020, 18:23

"Həftənin ikinci günündən bütün ölkə üzrə tətil elan edirik. Ermənistan ərazisində təhsil dayandırılır, kütləvi vətəndaş itaətsizliyi başlayır".

 

Modern.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu dekabrın 19-da “daşnak”ların təmsilçisi İşxan Saqatelyan bildirib.

 

O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb:

 

“Dekabrın 22-si saat 12:00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yolları bağlayacağıq”.

 

Qeyd edək ki, dekabrın 19-21-dək Ermənistanda matəm elan olunub. Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir