Modern.az

Müflis qadın kilsəni satışa çıxardı

Müflis qadın kilsəni satışa çıxardı

Dünya

20 Dekabr 2020, 09:38

Rusiyanın Tula vilayətinin Zavalovo kəndindəki Dmitri Solunsko kilsəsi onlayn ticarət saytlarının birində satışa çıxarılıb.

 

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, 19-cu əsrin ilk yarısında tikilən kilsənin ilkin qiyməti 450 000 rubl göstərilib. 

 

Elan dərc edildikdən dərhal sonra Rus Pravoslav Kilsəsinin Belevsk yeparxiyası bunun yolverilməz olduğunu bildirərək kəskin etirazını ifadə edib. 

 

Sahəsi 166 kvadratmetr olan məbədlə birlikdə ərazisi də satılır. Keşişlərin etirazında sonra elan saytdan çıxarılıb.

 

Lakin Tula sakini Natalya Kupryuxina ona məxsus olan tikilini satmaqdan vaz keçməyib. Müflis qadının maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə binanı hərraca çıxardığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır