Modern.az

Pentaqon hərbçilərini Somalidən çıxarmağa başladı

Pentaqon hərbçilərini Somalidən çıxarmağa başladı

Dünya

20 Dekabr 2020, 09:50

Amerika qoşunlarının Somalidən çıxarılması və Şərqi Afrikadakı digər bazalara köçürülməsinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

 

ABŞ qoşunlarının Afrikadakı komandanı, general Stiven Taunsend deyib ki, artıq amerikalı hərbçilərin Somalidən Şərqi Afrikadakı digər bazalara yerləşdirməsi ilə bağlı müvafiq əmr verib.

 

Qeyd edək ki, ABŞ hərbçiləri 2017-ci ildə terrorçuluğa qarşı mübarizə çərçivəsində ölkə prezidenti Donald Tramp tərəfindən Somaliyə göndərilib. Hazırda Somalidə əsasən xüsusi təyinatlılardan ibarət 700 ABŞ hərbçisi var.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər