Modern.az

Dövlət Gömrük Komitəsinin 39 xidməti iti var

Dövlət Gömrük Komitəsinin 39 xidməti iti var

27 Yanvar 2010, 18:06

Dövlət Gömrük Komitəsi (DGK) 2009-cu ildə 17 baş xidməti it alıb. Bununla da gömrük orqanlarında xidməti itlərin ümumi sayı 39-a çatdırılıb. Modern.az xəbər verir ki, DGK-nin məlumatına görə, ötən il alınan itlərdən Naxçıvan Dövlət Gömrük Komitəsi üçün 1, Astara Gömrük İdarəsi üçün 2, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi üçün 5, Bakı Baş Gömrük İdarəsi üçün 1, Xaçmaz Gömrük İdarəsi üçün 1 xidməti it narkotiklərin axtarışı üzrə təlim olunaraq hazırlanıb və təhvil verilib. Eyni zamanda itlərin yararlılıq vəziyyəti yoxlanılıb, yaş və xəstəlik səbəbindən iş qabiliyyətini itirmiş itlərin balansdan silinməsi təmin edilib. DGK-nin Kinoloji Mərkəzində itlərlə bağlı damazlıq işi təşkil olunub.

2009-cu ildə kinoloji itlərin tətbiqi nəticəsində 10 narkotik qaçaqmalçılığı faktı aşkar olunub, bu faktlar üzrə külli miqdarda narkotik qanunsuz dövriyyədən götürülüb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?