Modern.az

Rusiyada son bir gündə 511 nəfər virusun qurbanı oldu

Rusiyada son bir gündə 511 nəfər virusun qurbanı oldu

20 Dekabr 2020, 13:58

Rusiyada son bir gündə daha 28 948 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

 

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 848 377 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 511 nəfər artaraq 50 858-ə yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 275 657 nəfər sağalıb.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı