Modern.az

ABŞ kosmik keşikçilər formalaşdıracaq

ABŞ kosmik keşikçilər formalaşdıracaq

Dünya

20 Dekabr 2020, 16:13

Amerika Birləşmiş Ştatlarında kosmik keşikçilər yaradılacaq.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Vitse-prezidenti Mayk Pens bildirib.

 

O qeyd edib ki, ABŞ-ın Kosmik Qüvvələrinin hərbi qulluqçuları məhz belə adlandırılacaqlar.

 

"Mənim üçün ABŞ prezidenti adından elan etmək böyük şərəfdir ki, bundan sonra Birləşmiş Ştatların Kosmik Qüvvələrinə xidmət edən kişilər və qadınlar keşikçi adlandırılacaqlar", - Ağ Evdə Kosmik Qüvvələrin yaradılmasının 1 illiyi ilə əlaqədar keçirilən mərasimdə Pens bildirib.

 

Kosmik qoşunların Tvitter hesabında bildirilib ki, bu ad yeni qoşun növünün daxilində və ictimaiyyət arasında yüzlərlə təklifin arasından seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir