Modern.az

Nepal Prezidenti parlamenti buraxdı

Nepal Prezidenti parlamenti buraxdı

Dünya

20 Dekabr 2020, 16:02

Nepal prezidenti Bidxa Devi Bxandari parlamentin aşağı palatasını buraxıb və ümumi seçkilər üçün tarix təyin edib.

 

Modern.az bildirir ki, bu barədə “Himalayan Times” qəzeti xəbər verir.

 

Bxandari bu sərəncamı, Nepal Baş Naziri Khadga Prasad Sharma Olinun tövsiyəsinə əsasən verib.

 

Bundan əlavə, o, hökumətin ümumi seçkilərin iki turda - 30 aprel və 10 may 2021-ci il tarixli keçirilməsinə dair tövsiyələrini də təsdiqləyib.

 

Qəzet qeyd edir ki, hökumət bu tövsiyələri hakim partiyanın daxilində baş verən siyasi böhrandan sonra verib. Belə ki, müxalifət Nepal Kommunist Partiyasından seçilən baş nazirin istefasını tələb edir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır