Modern.az

Gürcüstan işğal olunmuş ərazilərə dair strategiya hazırlayıb

Gürcüstan işğal olunmuş ərazilərə dair strategiya hazırlayıb

Təhsil

27 Yanvar 2010, 18:12

Gürcüstan işğal olunmuş ərazilərə münasibətdə fəal strategiya həyata keçirmək niyyətindədir. Modern.az-ın Gürcüstanın “Apsny” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Timur Yakobaşvili hökumətin bugünkü iclasından sonra keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Gürcüstan Nazirlər Kabineti  işğal olunmuş ərazilərə dair strategiyanı təsdiqləyib. Strategiyanın hazırlanması işinə ekspertlər, elmi dairələr, ictimaiyyət nümayəndələri cəlb olunub. Yakobaşvili qeyd edib ki, strategiyada dövlətin işğal olunmuş ərazilərə münasibəti əksini tapıb. “Bu gün Gürcüstanın açıq işğalı davam edir və anneksiya mümkündür”.  Yakobaşvilinin sözlərinə görə, sənəddə işğal olunmuş ərazilərlə bağlı Gürcüstan hakimiyyətinin qarşısına qoyduğu vəzifələr təsbit olunub. “Biz istənilən təcridə yox deyirik və vətəndaşlarımızı rus işğalçılarının mərhəmətinə ata bilmərik”,-deyə dövlət naziri bildirib.

     

Yakobaşvili deyib:  “İşğal olunmuş ərazilərdəki vətəndaşlarımızın təhsil, tibbi xidmət imkanları əldə etmələri, onların bütün ölkədə gedən proseslərdə iştirak edə bilmələri üçün fəal siyasət yürüdüləcək”. Strategiyanın mətni gürcü, rus və ingilis dillərində idarənin saytında yerləşdiriləcək.

 

Onun sözlərinə görə, strategiya planı Brüsseldə Avropa Şurasına təqdim olunacaq. Sənədlə ATƏT, NATO, Avropa İttifaqı və BMT də tanış ola biləcəklər. Yakobaşvili qeyd edib ki, münaqişələrin güc vasitəsi həlli yoxdur, çünki güc variantı Rusiya ilə hərbi qarşıdurma deməkdir. “Bu isə bizə lazım deyil, ümid edirik ki, Rusiya hərbi ritorikadan imtina edəcək”,-deyə dövlət naziri bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!