Modern.az

2020-ci ilin pandemiyası - Yanvarda evlənənlər, mayda boşananlar...

2020-ci ilin pandemiyası - Yanvarda evlənənlər, mayda boşananlar...

Hadisə

21 Dekabr 2020, 11:50

2020-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 29 580 nikaha daxilolma, 12 347 boşanma halları qeydə alınıb.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov bildirib.

 

DSK rəsmisi deyib ki, digər aylara nisbətən ən çox nikaha daxilolma halları yanvar ayında müşahidə edilib:

“Bu ayda qeydiyyat şöbələri tərəfindən 4280 nikah rəsmiləşdirilib. May ayında isə ən çox boşanma halı qeydə alınıb. Mayda 1501 boşanma halı rəsmiləşib”.

 

Şöbə müdirinin sözlərinə görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

 

Qeyd edək ki, padmeiya səbəbində bu ilin martından tətbiq edilən sərt karantin rejimi səbəbilə Azərbaycanda toyların keçirilməsi qadağandır. Məhkəmələr də bir müddət bağlı olduğundan boşanma işlərinə baxılması da təxirə salınmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi