Modern.az

Sərkisyan İranı Ermənistanın etibarlı tərəfdaşı adlandırıb

Sərkisyan İranı Ermənistanın etibarlı tərəfdaşı adlandırıb

27 Yanvar 2010, 18:18

Bu gün Ermənistan prezidenti Serj Sərkisyan İrəvanda səfərdə olan İranın xarici işlər naziri Mənuçöhr Mottəki ilə görüşüb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, S.Sərkisyan görüşdə İranı Ermənistanın etibarlı tərəfdaşı adlandırıb. Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələr üzrə dərinləşdirilməsinin hər iki ölkənin maraqlarına xidmət etdiyi vurğulanıb.

 

Ermənistan prezidenti və İran XİN başçısı belə bir  ümümi fikri bölüşüblər ki, “çətin günlərdə sınaqdan çıxan dost elə firəvan günlərdə də yaxşıdır”.

 

Görüşdə Dağlıq Qarabağ münaqişəsi və regiondakı durum müzakirə olunub. Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, danışıqlar gedişində Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində sərgilədiyi “ölçülüb-biçilmiş” mövqeyinə görə İran tərəfə minnətdarlıq edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir