Modern.az

Cavid Qurbanov Xudayar Yusifzayəyə şeir HƏSR ETDİ

Cavid Qurbanov Xudayar Yusifzayəyə şeir HƏSR ETDİ

Ədəbi̇yyat

21 Dekabr 2020, 19:42

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Azərbaycan Bayrağı” ordeni ilə tətlif olunmuş Xudayar Yusifzadəyə şeir həsr edib. Xudayar Yusifzadə döyüş yoldaşlarının əhatəsində “Vətən yaxşıdır” mahnısını ifa etməsi ilə soaial şəbəkələrdə məşhurluq qazanmışdı. Bundan bir neçə gün sonra o, Znəgilan uğrunda gedən döyüşlərdə şəhid olmuşdu.

 

Duman gəldi, dağ dumanda əridi,

Yağı düşmən ətrafları bürüdü.

Ana yurdun bülbül səsli igidi,

Nəğmələrin Səndən qaldı yadigar,

Şəhid balam, şəhid oğlum, Xudayar!

 

Sən daşıydın , torpağıydın Vətənin,

Ağacıydın, budağıydın Vətənin,

Nəğməli bir qonağıydın Vətənin,

Sən gedəli o dağlara yağdı qar,

Şəhid balam, şəhid oğlum, Xudayar!

 

Unudarmı oba Səni, el Səni ?!

Unudarmı çəmən, çiçəkək, gül Səni?!

Unudarmı duman Səni, çən Səni ?!

Hər ürəkdə Sənin üçün  xeymə var ,

Şəhid balam, şəhid oğlum, Xudayar!

 

Dastan deyib, dastan olan igidim,

Döyüşündə aslan olan igidim,

Şəhidliklə zirvə tutan igidim,

Ruhun cənnət, yerin olsun laləzar,

Şəhid balam, şəhid oğlum, Xudayar!

 

Cavid Qurbanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu