Modern.az

Xocalı soyqırımına görə doğum gününü qeyd etməyən şəhid Məzdək Eyvazlı - VİDEO

Xocalı soyqırımına görə doğum gününü qeyd etməyən şəhid Məzdək Eyvazlı - VİDEO

22 Dekabr 2020, 10:50

44 günlük Vətən müharibəsinin ən ağır döyüşlərinin getdiyi Füzuli torpaqlarında şəhidlik zirvəsinə yüksələn Məzdək Eyvazlının cəbhəyə gedəndə bir amalı vardı: şəhid dayısı İsfəndiyar Əsədovun qisasını almaq.

 

Modern.az xəbər verir ki, Füzuli rayonunun Seyidəhmədli kəndinin azad edilməsi üçün gedən döyüşlərə qatılan Məzdək Eyvazlı son döyüşündə qəhrəmancasına şəhid olub.

 

Şəhidin anası Gülnarə Eyvazova deyir ki, 26 fevralda anadan olan Məzdək hələ uşaqlıqdan Xocalı soyqırımını biləndən sonra doğum gününü heç vaxt qeyd etməyib. Cəbhəyə gedəndə isə 24 illik hədiyyəsini almış uşaq kimi sevincli olub.

 

Qeyd edək ki,  şəhid Məzdək Eyvazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir