Modern.az

Bir sirr açımmı sizə?

Bir sirr açımmı sizə?

Ədəbi̇yyat

22 Dekabr 2020, 12:09

Elçin Alıoğlu

Kimsə bunu oxumasa, eyb etməz.


Həyatda əsas olan nədir? Çalışmaq gərək ki, gedişdən sonra dünya bizdən əvvəlkindən heç azacıq yaxşı olsun. Cüzi, lap az.


Həyatda bizi narahat edən, qəmləndirən, həyacanlandıran nəsnələr çoxdur.


Bir sirr açımmı sizə? O nəsnələrin tam əksəriyyəti mənasız və puçdur.


Həzz almadığınız işdə çalışmayın. Bəyənmədiyiniz yerdə əsla uğur olmayacaq. Səbr, istək və sədaqət yalnız sevilən işdə, peşədə olur.


Ətrafınızdakı insanların nə düşündüklərindən qorxmayın. Qorxu qəlbinizin ahəngini azaldır, sizi zəiflədir. Əgər qorxuya savaş açmasanız, o günbəgün artacaq, böyüyəcək və sonda bizdən sadəcə, zahiri, nazik qılaf qoyacaq.


Yeyəcək, məhv edəcək bizi.


Qəlbinizin səsini dinləyin. Eyb etməz, kimsə bizi məcnun saya bilər, amma elə adamlar da olacaq ki, bizi əfsanə biləcək.


Yaşamınıza nəzarət edin. Yaşadıqlarınıza görə məsuliyyətə alışın. Heç nəyi sabaha saxlamayın. Həyatınızı əldən verdiyniz imkanlar yox, verdiyiniz qərarlar bəlirləsin.


İnsanlara dəyər verin. Bizi anlayanlar tükənməz dəstək, qüvvə və eşq mənbəyidir. Sizi sevənləri mövcudluq kimi qəbul etməyin.


Səhhətinzi düşünün, vücudu yox.


Ölənədək anlamırıq - oysa ki, vücud qılafmış. Məziyyətlər, arzular, fikirlər, məramlar üçün bir qutu. Dünyanımızı dəyişmək üçün heç nə yoxsa, bu vücudun varoluşunun bitməsini heç bir anlamı yox.


Hər birimizdə istedad və yüksəliş gücü var. Yetər ki, onları aşkarlamağa cəsarət tapaq.


Axınla üzüb günü günə, saatı saata satmaq olar. Ya da inandığımız uğrunda mübazirə aparmaq, həyat rəvayətimizi özümüz yaza bilərik. Həmd edirəm ki, dürüst yol seçək.


Həyat kövrək, dəyərli, təxminlənməzdi.


Hər yeni gün adilik yox, ənamdı.


Ölümdən qorxmağa gərək yox. Qaçılmazdır.


Müşkülümüz, ağrımız olanda bir anlıq düşünün ki, bəlalar, vəhşətlər içində qovrulanlar var. Onda həmin mühkülün nə qədər kiçik olduğunu anlayacağıq.


Sadəcə, nəfəs alaq. Nəfəs almağın özü böyük lütfdür.


Gediş anı çatanda, yaşananalara son dəfə nəzər salanda, xatırlayanda indiki problemlər o qədər əhəmiyyətsiz görünəcək ki... Çünki o anda görəcəyik ki, vücud şüurumuza tabe olmamağa başlayıb artıq.


Və on anda sadəcə, daha bir gün istəyəcəyik.


Sadəcə, bir gün.


Səhhət tək yaxşı vücud deyil. Hisslər, duyğular, ruh önəmlidi.
Medianın bizə sırıdığı "ideal vücud" kimi sarsaqlığıın əsiri olmayın. Özünüzü saf, yaxşı hiss etmək hüququnuza xələl gətirəcək hər heyi rədd edin.


Ağrısız, acısız hər günə minnətdar olun. Hətta zökəm olanda, burxulmuş topuq ağrıdanda, sınmış qolun sümüyü gizildəyəndə.


Hə, ağrıdır, amma həyata təhlükə deyil, keçib gedəcək.


Almaqdan çox hədiyyə və kömək edin.


Pul aşiqi olmayın. İnanın, vədəmiz çatanda xərcləyə bilmədiyimiz pullarımız qalacaq. Az və ya çox - nə fərq edəcək ki, onda...


Pulu özünüz barədə təəssürat yaratmağa yox, özünüzün təəsürat əldə etməyinizə sərf edin.


Gözəl anı smartfonun yaddaşına köçürmək yerinə qəlbinizə yazın, yaddaşınıza həkk edin.


Həyat onu ekranda yaşamaq, ideal foto etmək üçün verilməyib bizə. Gözəl anı yaşayın - başqalarına göstərmək üçün dondurmağa can atmayın.


Dostlarla, sevdiyiklərinizlə danışın. Telefonda yox.


Pulunuz varsa, səyahət edin. Yoxsa, ruhunuzu yollayın uzaq məkanlara.


Həyat üçün işləyin, işləmək üçün həyatınızı xərcləməyin.


Sevdiklərinizə bu hissinizi deyin. Deyin, utanmayın, simiclik etməyin.


Yaşamızını dəyişməyə cəsarət tapın.


Həyat qəflətən dəyişir.


Bizə demədən, bizdən soruşmadan.


Həyatınızı bəxtsiz olmağa sərf etməyin.


Sevgilərlə...

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!