Modern.az

İtaliya parlamentinin komitə rəhbəri Azərbaycanın mövqeyini dəstəkləyir

İtaliya parlamentinin komitə rəhbəri Azərbaycanın mövqeyini dəstəkləyir

27 Yanvar 2010, 20:24

st1:*{behavior:url(#ieooui) }

Milli Məclisin deputatları Azər  Kərimli, Rövşən  Rzayev, Çingiz Əsədullayev,  Fuad Muradov və Qüdrət  Həsənquliyevin İtaliyaya səfəri davam edir.

Yanvarın 27-də deputatlarımız İtaliya parlamentinin xarici siyasət komtəsinin sədri ilə görüşüblər. Bu barədə Modern.az saytına deputat Fuad Muradov məlumat verib. Onun sözlərinə görə, komitə rəhbəri Azərbaycan barədə, xüsusilə də Qarabağ problemindən məlumatlı adamdır: “Söhbət zamanı komitə rəhbəri Qarabağ məsələsində Azərbaycanın haqlı mövqedə olduğunu vurğuladı. Sabah görüşləri davam etdirəcəyik. İtaliyanın ATƏT-dəki nümayəndəsi ilə görüşəcəyik. Hər halda hesab edirəm ki, İtaliyaya səfərimiz qarşılıqlı əlaqələrin gücləndirilməsində böyük rol oynayacaq”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir