Modern.az

Nazir pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirindən DANIŞDI

Nazir pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirindən DANIŞDI

23 Dekabr 2020, 12:20

“Karantin rejiminin tətbiqi istehlak bazarında 7,8% azalma ilə nəticələnib”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

 

Nazir  koronavirus pandemiyası ilə mübarizə və qlobal dəyər zəncirinin pozulmasının Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədiyini də qeyd edib.

 

Mikayıl Cabbarov bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala qeyri neft-qaz sektoru üzrə investisiya qoyuluşunun 11 % azaldığını, neft-qaz sektoru üzrə isə 7,8 % artdığını vurğulayıb.

 

Nazir həmçinin bildirib  ki dövlətin gördüyü tədbirlər nəticəsində pandemiyanın əhaliyə təsiri azalıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi