Modern.az

Post-pandemiya bizim qarşımızda yeni çağırışlar qoydu - Elman Rüstəmov

Post-pandemiya bizim qarşımızda yeni çağırışlar qoydu - Elman Rüstəmov

23 Dekabr 2020, 12:48

“Prezidentin də qeyd etdiyi kimi, Vətən müharibəsində qələbənin əsas şərtlərindən biri son 15 ildə iqtisadiyyatın gücləndirilməsi və bunun ordu quruculuğunda təmin edilməsi olub”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

 

Sədr bildirib ki, növbəti 5-10 il ərzində bizim üçün başlıca iqtisadi və sosial çağırışlar yüksək və dayanıqlı iqtisadiyyatın təmin edilməsi və ÜDM-in ikiqat artımının təmin olunmasıdır:

 

“İkinci çağırış ortamüddətli dövrdə də makroiqtisadi sabitliyin qorunması və təmin olunmasıdır. Post-pandemiya və post-neft dövrü bizim qarşımızda yeni çağırışlar qoyub. Növbəti ildə büdcə xərclərinin 4%-ə qədər artması tam məntiqidir. Büdcə layihəsi azad olunmuş ərazilərdə bərpa işlərinin başlanmasını özündə ehtiva edir. Biz bunu uzun illər gözləmişik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi