Modern.az

ATƏT: “Qazaxıstan Qarabağ məsələsində Azərbaycan və Ermənistana kömək göstərə bilər”

ATƏT: “Qazaxıstan Qarabağ məsələsində Azərbaycan və Ermənistana kömək göstərə bilər”

28 Yanvar 2010, 09:31

“Biz Qarabağ münaqişəsinin həllində birinci dərəcəli rolu Azərbaycan və Ermənistana ayırırıq”. Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan hazırkı sədri Kanat Saudbayev Brüsseldə ATƏT-Avropa Birliyi  toplantısında bildirib. ATƏT sədri eyni zamanda Minsk qrupu vasitəçilərinin səylərini də qiymətləndirdiklərini deyib. “Hesab edirik ki, münaqişənin nizamlanmasına dair baza prinsiplərinin qəbulunun ləngiməsi danışıqlar prosesinə mənfi təsir  edə və münaqişə tərəfləri arasında etimadı tamamilə poza bilər. Buna görə də Qazaxıstan baza prinsipləri üzrə nizamlanmamış  məsələlərin razılaşdırılması üçün Azərbyacan və Ermənistana yardım göstərə və bilavasitə bu prosesdə iştirak edə bilər”,-deyə Saudbayev bildirib.

 

ATƏT sədri hesab edir ki, Qarabağ problemini bütün maraqlı tərəflərin iştirakı ilə birgə səylər əsasında  həll etmək olar. “Biz ümid edirik ki, ümumi məqsədləri əsas götürərək ATƏT və   Avropa İttifaqı, sıx qarşılıqlı hərəkət və birgə səyləri koordinasiya yolu ilə münaqişənin həllində müəyyən uğurlar əldə edə bilərlər”,-deyə fəaliyyətdə olan ATƏT sədri bildirib.

 

Saudbayev Türkiyə –Ermənistan münasibətlərinin normallaşması prosesini də məmnunluqla qarşıladıqlarını deyib. O, bu prosesi Qafqazda ən önəmli hadisələrdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, hər iki  ölkə ilə dostluq, tərəfdaşlıq əlaqələrinə malik olan Qazaxıstan prosesin inkişaf etdirilməsi üçün maksimum səylər göstərəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi