Modern.az

Barak Obama Konqresdə illik hesabatını verib

Barak Obama Konqresdə illik hesabatını verib

28 Yanvar 2010, 10:29

ABŞ prezidenti Barak Obama Konqresdə ilk illik hesabatını verib. Modern.az qərb mətbuatına istinadən xəbər verir ki, öz  məruzəsində prezident Obama iş yerlərinin açılmasını fəaliyyətinin başlıca prioriteti elan edib. O,  Konqresi tənəzzüllə üzləşən iqtisadiyyatı dirçəltmək üçün təcili ölçülər götürməyə çağırıb. Ağ evin fəaliyyətindəki bir sıra geriləmələrə baxmayaraq prezident bildirib ki, səhiyyə, enerji, təhsil və başqa sahələrdəki ambisiyalı planları həyata keçirmək üçün səylərini davam etidrəcək.

 

Prezident Obama hakimiyyətdə olduğu ötən il ərzində iqtisadi böhranın qarşısını almaq üçün görülən tədbirlərə diqqət yönəldib. O, ən iri təhlükənin arxada qaldığını deyərək ötən fevralda qəbul edilən iqtisadi stimul paketinin mühümlüyünü vurğulayıb.  İqtisadi böhranın ötən administrasiyadan miras qaldığını söyləyən Barak Obama bunların öhdəsindən gəlmək üçün əlavə tədbirlərə əl atacağını vəd edib ki, bu sıraya Vol Stritdə islahatlar, kiçik bizneslərə əlavə kredit və orta sinif üçün vergi endirimləri daxildir.

 

“Dəyişiklik kifayət qədər tez gəlməyib”,- deyə Obama  Konqres üzvləri və milyonlarla amerikalı tamaşaçı qarşısında etiraf edib. “Debatların acı və narahatlıq dərəcəsinə baxmayaraq, artımımıza əngəl törədən problemləri düzəltməyin vaxtı gəlib çatıb.”

 

Milli təhlükəsizlik məsələlərinə diqqət çəkən prezident Obama terrora qarşı mübarizədə bəzi uğurların əldə edildiyini söyləyib. Prezidentin sözlərinə görə ötən il ərzində öldürülən “Əl-Qaida” terrorçularının sayı 2008-ci ildə öldürülənlərdən dəfələrlə çoxdur. Obama habelə Əfqanıstan və İraq cəbhələrində əldə olunan nailiyyətlərdən bəhs edib. Seçki kampaniyası zamanı verdiyi vədə sadiq qalaraq o, yaxın gələcəkdə Amerika döyüş qüvvələrini İraqdan çıxaracağını bəyan edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir