Modern.az

2021-ci ilin yaşayış minimumu və ehtiyac meyarı - Məbləğ ARTIR

2021-ci ilin yaşayış minimumu və ehtiyac meyarı - Məbləğ ARTIR

25 Dekabr 2020, 16:50

2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində müəyyən edilir.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

***

2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarının məbləği açıqlanıb.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin iclasında birinci oxunuşda müzakirə edilən “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir