Modern.az

“Azəriqaz”dan Nazirlər Kabinetinin qərarı ilə bağlı AÇIQLAMA

“Azəriqaz”dan Nazirlər Kabinetinin qərarı ilə bağlı AÇIQLAMA

28 Dekabr 2020, 20:55

Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında" qərar imzalayıb.  

 

Qərara əsasən, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixindən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - “Azərkontrakt” ASC) həvalə edilib.

 

NK-nın bu qərarının qurumda dəyişiklilərə səbəb olacağına dair anlaşılmazlıq yaranıb.

 

"Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, bu, təmsil etdiyi qurumda hər hansı dəyişilik anlamına gəlmir:

 

"Nazirlər Kabinetinin qərarı yanlış anlaşılıb. Bir var paylayıcı, bir var hasilatçı. Yeni qərarla, hasilatçı ilə paylayıcı arasındakı münasibətləri vahid formaya salacaq əlavə təşkilat daxil olur. Sənədə əsasən, SOCAR bundan əvvəlki müqavilələri "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinə ötürəcək və sonrakı bütün münasibətlərdə müqavilələr bu qurum vasitəsilə bağlanacaq.

Nəinki, "Azəriqaz" İstehsalat Birliyi, eləcə də "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti də bundan sonra qaz alqı-satqısı ilə bağlı müqavilələri "Azərkontrakt" ASC ilə bağlayacaq".

 

Qurum rəsmisinin sözlərinə görə, Nazirlər Kabinetinin son qərarı ilə "Azəriqaz" İstehsalat Birliyinin Açıq Səhmdar Cəmiyyət, yaxud Qapalı Səhmdar Cəmiyyətə çevrilməsi nəzərdə tutulmur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər