Modern.az

Azərbaycanda valyuta ehtiyatları ümumdaxili məhsulun həcmini üstәlәyir - Mərkəzi Bank

Azərbaycanda valyuta ehtiyatları ümumdaxili məhsulun həcmini üstәlәyir - Mərkəzi Bank

29 Dekabr 2020, 09:18

Hazırda strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarını vә belәliklә, ümumi daxili mәhsulun hәcmini (ÜDM) üstәlәyir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azәrbaycan Mәrkәzi Bankının 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә bәyanatında qeyd edilib.

 

Bildirilib ki, cari ildә pandemiyanın tәsiri ilә mәcmu tәklif vә tәlәbin azalması baş verib:

 

“Bu ilin 11 ayında biznes inam indeksinin orta göstәricisi bütün sektorlar üzrә ötәn ilin eyni dövrü ilә müqayisәdә gerilәyib. Ev tәsәrrüfatları arasında aparılmış sorğuya әsasәn, istehlakçı inam indeksi 2020-ci ildә mәnfi zonaya düşüb. Dünyada vә ölkәmizdә iqtisadi vәziyyәtә dair qeyri-müәyyәnlik, logistika zәncirindә müvәqqәti pozulmalar şәraitindә yanvar-noyabr aylarında iqtisadiyyata investisiya qoyuluşları ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 4% azalıb.

 

Mәcmu tәlәbin komponentlәrindә azalma fonunda rәsmi statistikaya görә cari ilin 11 ayında iqtisadiyyatın baza sahәlәri olan qeyri neft-qaz sәnayesi vә kәnd tәsәrrüfatında iqtisadi artım davam etsә dә, bütövlükdә ümumi daxili mәhsul real ifadәdә 4.3%, o cümlәdәn neft sektoru üzrә 6.5%, qeyri-neft sektoru üzrә 2.9% azalıb. Son aylar qeyri-neft sektoru üzrә iqtisadi azalma tempi nisbәtәn sәngisә dә mәcmu buraxılış kәsiri neqativ zonada qiymәtlәndirilir. Hökumәtin vә Mәrkәzi Bankın birgә aktiv antiböhran tәdbirlәrinin icrası, xüsusәn dә pandemiyadan zәrәr çәkәn sahәlәrin dәstәklәnmәsi tәdbirlәri iqtisadi aktivliyin azalmasının miqyasını dünyanın bir sıra ölkәlәri ilә müqayisәdә әhәmiyyәtli kiçiltmәyә kömәk etmişdir. Burada kontr-tsiklik fiskal siyasәt, yumşaq monetar siyasәt vә makroprudensial güzәştlәr başlıca rol oynamışdır. 2020-ci ilin dövlәt büdcәsinә “fiskal fәza”dan istifadә etmәklә aparılan dürüstlәşmә hәm makroiqtisadi sabitliyin, hәm dә iqtisadi aktivliyin dәstәklәnmәsi baxımından әhәmiyyәtli olub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir