Modern.az

“Sərt karantin rejimi 2021-ci ildə də davam etsə, birdəfəlik ödəmə veriləcək” - Nazir

“Sərt karantin rejimi 2021-ci ildə də davam etsə, birdəfəlik ödəmə veriləcək” - Nazir

İqtisadiyyat

29 Dekabr 2020, 11:56

“Əhaliyə pandemiya ilə əlaqədar birdəfəlik ödəmə (190 manat) 2020-ci ildə yaşayış minimumu həcmində verilib”.

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial Müdafiəsi naziri Sahil Babayev belə deyib.

Nazir bildirib ki, əgər sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, bu məsələyə, verilən ödəmənin yenə də yaşayış minimumu həcmində olmasına hökumətdə baxılacaq.

O, birdəfəlik ödəmələrin verilməsinin elektron qaydada həyata keçirildiyini qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi