Ötən ilin sonlarinda Gürcüstanın Azərbaycanda təyin olunmuş yeni səfiri Vano Noniaşvili Bakıya gəlməmiş istefa verib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəisi İya Maxarişvili qeyd edib ki, səfir öz şəxsi ərizəsi ilə azad olunub. Gürcüstan prezidenti Mixail Saakaşvili səfirin arzusunu təmin edib. Gürcüstan XİN-in məlumatına görə, hazırda Gürcüstanın Azərbaycanda səfiri yoxdur. Noniaşvili səfir postuna ötən il noyabrın 17-də təsdiq olunub. Bu vaxta qədər Noniaşvili Gürcüstan prezident administrasiyasının rəhbəri olub.