Modern.az

Diaspor ağsaqqalı: “Qarabağda quruculuq işlərində də fəal olun”

Diaspor ağsaqqalı: “Qarabağda quruculuq işlərində də fəal olun”

Diaspor

29 Dekabr 2020, 23:45

Azərbaycan işğaldan azad edilmiş bölgələrdə quruculuq işlərinə hazırlaşır. Fotolardan, videolardan və şahidlərin dediklərindən də göründüyü kimi erməni gəmirici həşəratları bu bölgələrdə daşı daş üstündə qoymayıblar.

Bu səbəbdən də işğaldan azad edilmiş rayonlarda hər şey sıfırdan qurulacaq.

 

Artıq Azərbaycan quruculuq işlərinə start verib. İlk olaraq infrastruktur layihələri həyata keçirilir.

Bəs, xaricdəki soydaşlarımız, xüsusilə də iş adamları olan azərbaycanlılar bu işə qatqı verəcəklərmi?

 

Azərbaycan diasporunun ağsaqqallarından olan Ramiz Abutalıbov Modern.az-a bildirib ki, azad olunmuş torpaqlarda iş (biznes) qurmaq Nazirlər Kabinetindən asılıdır:

 

“Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ortadadır. O, torpaqlarımızın işğaldan azad edilməsi üçün böyük mücadilə verdi. İndi isə Qarabağın cənnət olması üçün çalışır.

Mən hesab edirəm ki, Nazirlər Kabineti cəlbedici təkliflər verəcəksə, iş adamlarımız heç bir müraciət gözləmədən Qarabağda sərmayə qoyacaqlar. Və əminəm ki, belə güzəştlər olacaq.

Torpaqlarımızın işğaldan azad edilməsində birlik, güc, əməli iş nümayiş etdirən xaricdəki soydaşlarımız Qarabağda aparılacaq quruculuq işlərində də dövlətimizin, Prezidentimizin yanında olacaqlar. Bu işdə onlara səslənərək daha fəal olmağa çağırıram”.

 

Fidan QARAYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu