Modern.az

Qırğızıstanda veteranlara ömürlük prezident təqaüdü kəsilib

Qırğızıstanda veteranlara ömürlük prezident təqaüdü kəsilib

Dünya

28 Yanvar 2010, 12:15

Qırğızıstan prezidenti Kurmanbek Bakiyev 1941-45-ci illər Böyük Vətən Müharibəsi veteranlarına ömürlük təqaüdün müəyyən edilməsi barədə əmr imzalyıb. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə  dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 

Ömürlük təqaüdün verilməsi barədə qərar “veteranlara əlavə sosial dəstəyin göstərilməsi məqsədi” daşıyır. Hazırda Qırğızıstanda 4100 Böyük Vətən Müharibəsi veteranı yaşayır. Təqaüdlərin ödənilməsinə cari ilin aprel ayının 1-dən başlanılacaq. Onların məbləği 3 min som ($1/44,22s.) təşkil edəcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı