Modern.az

Erməniləri vahiməyə salan xüsusi təyinatlı... - FOTOLAR

Erməniləri vahiməyə salan xüsusi təyinatlı... - FOTOLAR

Reportaj

30 Dekabr 2020, 09:24

İkinci Qarabağ Müharibəsində yüzlərlə könüllü döyüşlərə qatılmışdı.

Artıq  Azərbaycan əsgərini tarixin yaddaşına hopan simasından, səsindən, təbəssümündən, hətta ayaq səsindən tanıyırıq. Tarixə çevrilmək üçün zamanın yetişdirdiyi qəhrəman olmalısan.

Modern.az saytı Vətən Müharibəsində iştirak etmiş növbəti qəhrəmanı oxucularına təqdim edir:

Müsahibimiz Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, Şuşanın azadlığı uğrunda döyüşən Ayxan İsayevdir.

Ayxan İsayev “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.


O, Azərbaycanın ən gözəl guşələrindən biri olan Naxçıvanda doğulub. Ayxanın babası Mamed İsayev vaxtilə mərhum prezident Heydər Əliyevin silahdaşlarından olub. Bir neçə lent yazısında mərhum prezident Heydər Əliyevin Mamed İsayev barəsində çıxışları var.

Ayxan İsayevin əmisi, general-mayor Mürsəl İsayev isə 1994-2000-ci ildə Naxçıvanın Daxili İşlər naziri olub, Birinci Qarabağ Müharibəsində iştirak edib.



“Qarabağ adlı xəyallarımız gerçək oldu”

Ayxan İsayev deyir ki, vətən sevgisini ona uşaqlıqdan  ailədə aşılayıblar:


“1991-ci ildə doğulmuşam. Birinci Qarabağ Müharibəsi başlayanda 1 yaşım vardı. Təbii ki, o illəri xatırlaya bilmərəm. Amma böyüdükcə, ailəmizdə Qarabağ mövzusu stolüstü kitab idi. Babam, əmilərim atam torpaq itkisinin nə qədər ağır olduğunu danışırdı. Bizə də deyirdilər ki, bu itki ilə heç zaman barışa bilmərik. Mütləq o gün gələcək və biz torpaqları qanımız, canımız bahasına azad edəcəyik. Düzdü, Qarabağsızlıq 30 ilə yaxınlaşırdı. Açığı, bəzi insanlarda Qarabağa qayıdış, o torpaqları geri almaq ümidi hardasa yox olmuşdu. Ancaq mən və yaxınlarım heç də ümidsiz deyildik. Ali Baş Komandanın rəhbərliyi ilə savaşa atıldıq. Şükürlər olsun ki, Qarabağ adlı xəyallarımız gerçək oldu”.


“Yaralandığımı ailəmə demədim”


Xüsusi Təyinatlı Qüvvələrin əsgərinin sözlərinə görə, müharibənin elə qanunları var ki, ondan kənara çıxmaq olmur:


“Mən oktyabrın 11-də döyüşlərə qatıldım. Bir qızım var. Müharibəyə gedəndə qızım 1 aylıq idi. Yoldaşıma müharibəyə gedəcəyim barədə heç nə demədim. O, müharibədə olduğumu bilməmişdi. Özüm demədim ki, narahat olmasın. Həmin vaxt təkcə atama zəng edib dedim ki, mən də müharibəyə gedirəm, haqqınızı halal edin. Biz ilk olaraq Füzuli uğrunda gedən döyüşlərə qatılmışdıq. Füzulinin bir sıra  kəndlərini işğaldan azad etdik. Hər kənd işğaldan azad edildikcə, atamla danışırdım. Qələbə sevincini onunla bölüşürdüm.

Bəzən 10 günlərlə evimizə zəng edə bilmirdim. Ailəm narahat olurdu. Bir dəfə yaralandım. Ayağıma iynə vurdular. Mən də ayağımı sarıyıb döyüşə davam etdim. Dedilər ki, bu yaralı ayaqla döyüşə bilməyəcəksən. Ancaq geri qayıtmadım. Sonuna qədər döyüşdüm. Şəhidlərimizin qanını almalı idik. Tanrı bizə güc verdi. Ailəmə yaralı olmağım barədə heç nə demədim. Şuşa işğaldan azad edilən günü atama dedim ki, sol dizimdən yaralanmışdım.
Müharibəyə gedəndən bir düşüncəm vardı: şəhid olacamsa, olacam. Ancaq hər hansı zədə alsam, ailəmə bu barədə heç nə deməyəcəm”.



“Şuşa meşələri erməni leşləri ilə dolu idi”


Müsahibimiz deyir ki, hər bir döyüşçümüzdə ruh yüksəkliyi yüksək səviyyədə olub:


“Döyüşmək üçün hamımız önə çıxırdıq. Ermənilərə nifrət hissi ilə böyümüşük. Müharibədə bu nifrət daha qabarıq idi. Döyüşlər gedən zaman yanımızda yoldaşlarımız şəhid olurdu. Döyüş yoldaşlarımız qan itirib yanımızda canını tapşırırdı. Hər yoldaşımız şəhid olduqca, gözümüzü qan örtürdü. Düşmənin üzərinə daha qətiyyətlə gedirdik. Müharibə boyunca bir hissimiz vardı. O da düşməndən qisas almaq. Şükürlər olsun ki, qisasımızı layiqincə aldıq. Döyüş yoldaşlarımızın qanı yerdə qalmadı. Ermənilər bizi görəndə silahlarını qoyub qaçırdılar. Onlar bizimlə təkbətək döyüşə bilmirdilər. Xüsusi təyinatlıları görən kimi qorxularından geri çəkilirdilər. Şuşa meşələri erməni leşləri ilə dolu idi. O leşərin sayı o qədər çox idi ki, hər yer qana bulaşmışdı”.


“Missiyamız düşmənin başını kəsmək, boğub öldürmək idi”

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi Türkiyədə təlimlərdə təcrübə keçən Ayxan İsayev bildirib ki, Şuşa uğrunda gedən döyüşlər fərqli idi:


“Xüsusi Təyinatlı olaraq missiyamız bir qədər fərqli idi. Biz düşmən üzərinə yeriyərək əlbəyaxa döyüşürdük. Əsasən Şuşa uğrunda gedən döyüşlərdə biz bu üsuldan istifadə etdik. Riskli idi. Bizim məqsədimiz isə bir idi: düşmənin üzərinə yeriyib başını kəsmək, boğub öldürmək... Bu yolda neçə-neçə ermənini boğub öldürmüşdüm. Biz Şuşaya müxtəlif istiqamətlərdən daxil olduq. Həm dağ yolu, həm dərə, həm də yüksəkliklərdən istifadə edirdik. Dediyim kimi, təlimlərdə bütün prosesləri keçmişik. Necə döyüşmək, necə düşmənə yaxınlaşmaq lazımdır, onları bizə öyrədiblər. Biz də müharibə vaxtı bütün öyrəndiklərimizi əyani olaraq düşmənə qarşı istifadə etdik və qalib də gəldik”.


“Yarpaqların üstündəki damcıları içirdik”

Şuşa qəhrəmanı deyir ki, şəhərin relyefi mürəkkəb olduğundan qidalanma məsələsi çətin idi:


“Sıldırım yolları olduğundan ora hərbi maşınlar qalxa bilmirdi. Biz günlərlə ac-susuz qaldıq. Bu da dediyim kimi, təbii hal idi. Əraziyə ərzaq gətirmək qeyri-mümkün idi. Ancaq biz təlimlərdə belə şəraitdə necə qidalanmaq lazım olduğunu öyrənmişdik. Ağacların yarpaqlarının üstündə yağış suları olurdu. Biz yarpaqların üstündəki damcıları içirdik. Qidaları özümüz əldə edirdik. Həşəratlar da olsa tapıb yeyirdik. Dediyim kimi, biz bu situasiyalara hazırlıqlı olurduq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı